Paşinyanın 2016-cı ildə, hələ deputat olarkən Azərbaycana münasibəti, Qarabağ mövzusunda fikirləri tamamilə fərqli idi.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Aravot” nəşrinin məqaləsində qeyd olunur.
Nəşr N.Paşinyanın 2016-cı ildə o zamankı hakimiyyətin Azərbaycanla münasibətlərin tənzimlənməsi üçün Qarabağ məsələsində kompromisə getmək fikrini tənqid etdiyini bildirib.
Bununla bağlı baş nazirin 8 il öncə öz Feysbuk hesabında canlı yayımda səsləndirdiyi fikirlər xatırladıb.
Paşinyan həmin çıxışında bildirib:
“Sadəcə güzəşt atmosferinin mövcud olduğu şəraitdə kompromisdən danışmaq mümkündür. Rəqibiniz və ya qarşı tərəf sizi məhv etməklə hədələyəndə siz cavab olaraq deyirsiniz: “Biz kompromislərə hazırıq. Bu isə artıq o deməkdir ki, siz təslim olmağa hazırsınız”.
Baş nazir bu açıqlamasından 2 il sonra – 2018-ci ildə Ermənistan KİV-ə müsahibəsində bu fikrini bir daha xatırladıb:
“Nə qədər ki Azərbaycan Xankəndidə və İrəvanda çay içməkdən danışır, biz erməni lüğətindən kompromis sözünü silməliyik”.
Nəşr yazır ki, Paşinyan 2018 və 2020-ci ildən sonra Azərbaycana münasibətdə fikirlərini tamamilə dəyişib. Son olaraq Tavuş bölgəsinə bitişik 4 kəndin Ermənistana aid olmadığını açıqlaması və Azərbaycana təhvil verilməsi ilə bağlı çağırış etməsi buna sübutdur.
- Ermənistan üzərindən Bakıya uçan Misir təyyarəsi...
- 12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?
- Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...
- Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi