Bu iki komandanın oyun üslubunu müqayisə etməkdə çətinlik çəkirəm. Çünki səviyyə olaraq eyni deyilik.
BUTA.TV xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ"a 0:4 hesabı ilə məğlub olduqları ilk oyundan sonra mətbuat konfransında deyib.
Monteneqrolu mütəxəssis bildirib ki, komandası ikinci hissədə daha yaxşı oyun göstərib:
"Keçirdiyimiz son üç oyunda 7 xal qazandıq. Amma təəssüf ki, bu gün uduzduq. İlk hissədə çoxlu qollar buraxdıq. Amma bu gün sanki "Qarabağ" azarkeşlər baxımından səfərdə yox, evdə oynayırdı. Belə komandaya qarşı oynamaq əlbəttə ki, daha çətindir. Ancaq inanıram ki, "Neftçi" gələcəkdə böyük uğurlara imza atacaq".
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
- Ermənistan üzərindən Bakıya uçan Misir təyyarəsi...
- 12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?
- Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...
- Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi