Silahlı “Ceyş əl-Ədl” təşkilatı Sistan və Bəlucistan əyalətinin 3 şəhərində SEPAH və polis məntəqələrinə hücumla bağlı bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bəyanat təşkilatın sosial media kanalında dərc edilib.
Təşkilat İran rəsmilərinin öldürülən SEPAH və polis üzvləri ilə bağlı yaydığı məlumatın həqiqəti əks etdirmədiyini, 200 hökumət məmurunun öldürüldüyünü iddia edib:
“Daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavininin hərbi qüvvələrinin itkiləri ilə bağlı iddiası gülüncdür. “Ceyş əl-Ədl” təşkilatının tərəfdarları ilə hökumət qüvvələri arasında 4 bölgədə baş verən qarşıdurma zamanı hökumətin 6 orqan və hərbi təşkilatının azı 200 qüvvəsi öldürülüb”, - bəyanatda bildirilib.
“Ceyş əl-Ədl” hazırda qarşıdurmanın davam etdiyini yazıb.
Qeyd edək ki, İran Daxili İşlər Nazirliyi yaydığı bəyanatda 5 hökumət məmurunun öldürüldüyünü, 10 məmurun yaralandığını və 15 terrorçunun zərərsizləşdiridiyini elan edib.
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?
- Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...
- Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi
- Yeni gömrük yığımları tətbiq edilir: Bir tonu 150 manat...
- Solovyovun it kimi hürməsi... - Rubinyan