Martın 31-də keçirilmiş yerli idarəetmə orqanlarına seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədinin qalib gəldiyi Ərdəhanda Ədalət və İnkişaf Partiyasının (AK Partiya) etirazı ilə seçkilər təkrarlanacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
AKP-nin şəhər təşkilatı bütün bülletenlərin yenidən sayılması və seçkinin ləğvi üçün Mərkəz Rayon Seçki Şurasına etiraz edib.
Şura AKP-nin ərizə ilə təqdim etdiyi dəlillərə əsaslanaraq səs çoxluğu ilə seçkilərin yenilənməsinə qərar verib. Səsvermə iyunun 2-də baş tutacaq.
Bununla belə, CHP-nin namizədi, şəhərin həm də hazırkı bələdiyyə başçısı olan Faruk Dəmir Sözcü TV-yə seçki qurumunun bu qərarına etiraz edəcəyini bildirib.
Xatırladaq ki, Ərdəhanda CHP-nin namizədi Faruk Dəmir 45,06 %, AKP namizədi Yunus Baydar isə 43,51 % səs toplayıb. İki namizəd arasında 174 səs fərqi olub. Şəhər üzrə etibarsız səslərin sayı 620 olub.
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?
- Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...
- Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi
- Yeni gömrük yığımları tətbiq edilir: Bir tonu 150 manat...
- Solovyovun it kimi hürməsi... - Rubinyan