Türkiyə Xarici İşlər Nazirliyində (XİN) struktur islahatları çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Departamenti yaradılıb. Türk dünyasının əhəmiyyətini nəzərə alaraq yaradılan Departamentin səlahiyyətlərinə türkdilli dövlətlərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi daxildir.
BUTA.TV xəbər verir ki, dəyişikliklərin həyata keçirilməsi məqsədilə Türkiyə Xarici İşlər Nazirliyinin nizamnaməsinə, əsasnamələrinə və digər hüquqi sənədlərinə dəyişiklik edilib.
“İslahatlar Türkiyənin maraqlarına, sabitliyinə və təhlükəsizliyinə maksimum töhfə vermək, ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirmək, xaricdə Türkiyə vətəndaşlarının maraqlarını səmərəli müdafiə etmək istəyini əks etdirir”, - Türkiyə XİN-dən bildirilib.
Bununla bağlı Xarici İşlər Nazirliyinin coğrafi meyara görə ayrı-ayrı departamentlərinin yaradılması qərara alınıb. Eyni zamanda, ayrı-ayrı bölgələrin və ölkələrin əhəmiyyətini nəzərə alaraq bəzi dövlətlər üzrə idarələr də yaradılıb.
Məsələn, Amerika ölkələri Departamenti ilə yanaşı, Latın Amerikası ölkələri üzrə ayrıca idarə yaradılıb.
Eyni zamanda, Asiya ölkələri Departamenti ilə yanaşı, İran və İraq şöbəsi də yaradılıb.
Həmçinin Beynəlxalq Vasitəçilik İdarəsi yaradılıb ki, bu da ziddiyyətlərin və münaqişələrin həlli sahəsində mütəxəssisləri bir araya gətirmək imkanı verəcəkdir.
Türkiyə XİN-in Viza və Miqrasiya idarələri vahid strukturda birləşdirilib.
Xarici Siyasət Xidmətinin nəzdində Elm və Texnologiyalar Siyasəti Departamenti yaradılıb ki, bu da Ankaranın elmi sahədə diplomatik əlaqələr qurmaq istəyini əks etdirir.
Türkiyə Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinin adı dəyişdirilərək Dövlət Diplomatiyası və Strateji Əlaqələr İdarəsi adlandırılıb.
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?
- Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...
- Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi
- Yeni gömrük yığımları tətbiq edilir: Bir tonu 150 manat...
- Solovyovun it kimi hürməsi... - Rubinyan