Rusiyadan Lənkərana övladlarının xeyir işinə gələn ata və ana dəm qazının qurbanı olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kərarmeşə kəndində baş verib.
Belə ki, Rusiya Federasiyası vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırova qızlarının nişan mərasiminə hazırlıq üçün bir neçə gün əvvəl kəndə gəliblər. Bu gün səhər evə gələn qohumlar qapının bağlı olduğundan narahat olublar. Onlara edilən telefon zəngləri də cavabsız qalıb. Qohumlar pəncərədən içəri daxil olduqda ər və arvadın dəm qazından boğularaq öldüklərinin şahidi olublar.
Faktla bağlı araşdırmalara başlanılıb.
- Yeni gömrük yığımları tətbiq edilir: Bir tonu 150 manat...
- Solovyovun it kimi hürməsi... - Rubinyan
- Bu ölkə səfirləri İran XİN-ə çağırıldı
- Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı
- Azərbaycan İsraildə bu layihəyə 270 milyon yatıra bilər
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu