Avropa Şurasının Baş katibi Mariya Buriçin Bakıya gəlməsini alqışlayıram. AŞPA ilə münasibətlərdə gərginlik var. İnanıram ki, Buriçin Bakı səfəri Azərbaycanla AŞPA arasındakı gərginliyin aradan qaldırılmasına, hətta bu qurumdakı üzvlüyümüzün bərpa olmasına gətirib çıxara bilər.
Bu sözləri BUTA.TV-a açıqlamasında professor Qabil Hüseynli deyib.
“Brüseldə ABŞ, İrəvan və AB arasında Ermənistanın təhlükəsizliyi məsələləri müzakirə edilib. Bu görüş bölgəyə yanaşmanın çox kobud və yaramaz forması idi. Bölgənin ən qüdrətli dövlətini görməzdən gələrək, Ermənistan üçün belə bir tədbirin keçirilməsi düzgün deyil. Sözügedən görüşdən sonra AŞ-ın baş katibinin bölgəyə gəlməsini müsbət qiymətləndirirəm. Bu səfər Bakı-AŞPA münasibətlərinin yumşalmasına və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına töhfə verə bilər”, - o bildirib.
Qeyd edək ki, Buriç hazırda İrəvanda səfərdədir, daha sonra Tiflis və Bakıya gələcəyi gözlənilir.
- Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı
- Azərbaycan İsraildə bu layihəyə 270 milyon yatıra bilər
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...