Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.
BUTA.TV xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.
Bundan başqa, saat 09:00-da Ramazan ayının başa çatması münasibətilə Təzəpir məscidində də bayram namazı qılınıb.
Bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
- Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı
- Azərbaycan İsraildə bu layihəyə 270 milyon yatıra bilər
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...