Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
- Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı
- Azərbaycan İsraildə bu layihəyə 270 milyon yatıra bilər
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...