Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhə boyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır.
BUTA.TV xəbər verir ki, bu barədə "Blumberq"də dərc olunan məqalədə bildirilib.
"1200 kilometrlik cəbhə boyu ciddi sursat və canlı qüvvə çatışmazlığı və hava hücumundan müdafiə sistemindəki boşluqlar göstərir ki, Ukrayna iki ildən artıq davam edən qarşıdurmada ən həssas vəziyyətdədir", - yazıda vurğulanıb.
Qeyd edilir ki, əsas risk Ukrayna müdafiəsinin dağılmasıdır və bu, Kremlə müharibənin ilkin mərhələlərindən bəri ilk dəfə böyük hücuma keçmək imkanı verəcək:
"Növbəti bir neçə ay Ukraynanın ən çətin sınağı olacaq, çünki əhali getdikcə müharibədən yorulur, xüsusən Xarkovda. Hücumların gözlənilən nəticəni verməməsi şəhər sakinlərində qorxu yaradır, baxmayaraq ki, əksəriyyət Kremlin metropolu ala biləcəyinə inanmır".
Bildirilib ki, Rusiya qoşunlarına artan sursat ehtiyatı kömək edir.
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi