Çin Rusiyaya dəzgahlar, mikroelektronika və digər texnologiyaların satışını artırıb və Moskva da öz növbəsində raketlər, tanklar, təyyarələr və digər silahların istehsalı üçün istifadə edir.
BUTA.TV xəbər verir ki, bunu “İndependent” nəşrinə ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisi deyib. “Çin Rusiyaya SSRİ dövründən bəri ən böyük hərbi ekspansiyanı həyata keçirməkdə kömək edir”, - deyə o bildirib.
Onun sözlərinə görə, ekspansiya ABŞ-ın Ukraynada müharibənin əvvəlində mümkün hesab etdiyindən daha sürətlə həyata keçirilir.
Həmçinin qeyd edilir ki, 2023-cü ildə Rusiya mikroelektronikasının təxminən 90%-i Çindən gətirilib.
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi