Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və yaralananlar var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Sor-Sor kəndində “Mersedes” markalı iki avtomobillə “Ford” markalı yük maşını toqquşub.
Nəticədə “Mersedes”lərdən birinin sürücüsü, İmişli rayon Telişli kənd sakini, 70 yaşlı Mövsümov Əliəşrəf Rüstəm oğlu hadisə yerindəcə dünyasını dəyişib, onun sərnişini, 58 yaşlı Manafova Arifə İsa qızı ağır xəsarətlər alıb.
Qəza zamanı həmçinin digər “Mercedes”də olan sərnişin, Ağcabədi rayon sakini, 66 yaşlı Tağıyeva Anya Qaraxan qızı da ağır xəsarət alıb.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər