Beynəlxalq Valyuta Fondu (BVF) 3 milyard dollarlıq ümumi kredit xəttindən Qanaya 360 milyon dollar məbləğində növbəti tranşın ayrılmasını təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Qananın "Pulse" portalı xəbər yayıb.
Məlumata görə, yeni tranşın verilməsi Afrika ölkəsinin islahat proqramının həyata keçirilməsində irəliləyişini qiymətləndirən BVF işçi qrupunun aprelin 2-dən 12-dək Qanaya səfərindən sonra həyata keçirilib. BVF-nin mütəxəssisləri bildiriblər ki, Qana səlahiyyətliləri “daha güclü və daha inklüziv inkişaf üçün zəmin yaratmaqla yanaşı, makroiqtisadi sabitliyi və borc dayanıqlığını bərpa etmək üçün” tədbirlər görür.
2023-cü ilin yazında BVF və Qana üç il müddətinə qüvvədə olacaq 3 milyard dollarlıq kredit xətti haqqında razılığa gəliblər. Qana artıq bu məbləğdən 1,5 milyard dollar alıb.
Ötən ilin yanvarında Qana rəsmi kreditorları ilə 5,4 milyard dollarlıq borcunu restrukturizasiya etmək barədə razılığa gəlib.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər