İmişlidə iki yeniyetmə faciəvi şəkildə öldü

17:16 - 14 Aprel 2024 - GÜNDƏM

 İmişlidə iki yeniyetmə faciəvi şəkildə öldü

İmişli şəhərində iki yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.

BUTA.TV xəbər verir ki, hadisə 5 saylı orta məktəbin ərazisində baş verib.

Belə ki, təhsil ocağının ərazisində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vurub.

Hər iki yeniyetmə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol