Ermənistan məhkəmə mübahisəni həll etmək üçün Azərbaycanla danışıqlara getmədi və məhdud səviyyədə həyata keçirilən müzakirələri davam etdirə bilmədi.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Haaqada Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi (Ermənistan Azərbaycana qarşı) üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə keçirilən ictimai dinləmələr zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın üçüncü şikayətində münaqişələr zamanı erməni əsgərlərə, hərbi qulluqçulara və mülki şəxslərə qarşı pis rəftar, ermənilərin özbaşına saxlanması və yoxa çıxması ilə bağlı əsassız iddialar yer alıb:
“Bu cür məsələlər İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya çərçivəsində məhkəmənin yurisdiksiyasına aid deyil. Bu, Azərbaycanın əsaslı etirazıdır. Ermənistanın üçüncü şikayətinin bütün hissələri prosessual baxımdan qüsurludur. Ermənistan məhkəmə qarşısında bu proseslərə başlamaq və bu proseslərin təsirindən istifadə edərək Azərbaycana qarşı ictimai media kampaniyası aparmaq niyyətində idi”.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər