Azərbaycanla İordaniya arasında diplomatik əlaqələr müstəqilliyimizin bərpasının ilk illərindən etibarən qurulub. Eyni zamanda ölkələrin güc strukturları arasında əlaqələr mövcuddur.
Bu sözləri BUTA.TV-a müdafiə naziri general-polkovnik Zakir Həsənovun İordaniya Haşimilər Krallığına səfərini şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert Ermənistana silah-sursat satılmasının qarşısının alınması istiqamətində səfərin vacib əhəmiyyətli olduğunu vurğulayıb:
“Biz 44 günlük Vətən müharibəsindən iki ay öncə İordaniyanın Ermənistana müəyyən silahları satmasının da şahidi olduq. Fikrimcə, bu nöqteyi-nəzərdən müdafiə naziri general-polkovnik Zakir Həsənovun İordaniya Haşimilər Kralı II Abdullah ibn əl-Hüseyn, Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Əhməd əl-Hnaiti, HHM Qüvvələri komandanı general-mayor Məhəmməd Hyasat və başqaları ilə keçirdiyi görüşlər, müdafiə sahəsində əməkdaşlığa dair imzalanan saziş xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Ermənistanı ən azı sülh müqaviləsi imzalayanadək sözügedən istiqamətdə də təcrid etmək üçün kifayət qədər diplomatik, hərbi-siyasi, iqtisadi gücünün olduğunu düşünürəm. Ölkəmiz İordaniya ilə birgə yaxın gələcəkdə TƏİR kompleksləri (tank əleyhinə idarəolunan raket – red.) istehsal edə bilər. İmzalanan saziş də böyük ehtimal bu və digər məsələlərlə bağlıdır”.
Qeyd edək ki, 14 apreldə müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfərə gedib.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər