Bakıda 1 milyon 200 min manata mənzil satışa çıxarılıb.
BUTA.TV xəbər verir ki, mənzil Şəmsi Əsədullayevin evi - Qoqol (Praçeçnaya) 9, Tolstoy (Gimnaziçeskaya) 183 və Həzi Aslanov (Karantinnaya) 84 küçələrinin kəsişməsində yerləşir. Üç mərtəbəli saray tipli yaşayış binasında yerləşən mənzil 1896-cı ildə Bakı milyonçularından Şəmsi Əsədullayevin sifarişi ilə memar İohan Edelin layihəsi əsasında inşa edilib.
Haqqında
Qoqol 9 küçəsində, Gimnaziçeskaya, 183 və Karantinnaya, 84 ünvanlarının tinində ucaldılmış bina milyonçu Şəmsi Əsədullayevə məxsus saray üslubundadır. Bina üç küçəyə üz tutub və öz monumental fasadları ilə diqqət çəkir.
Mənzilin 2 böyük eyvanı var, sahəsi 200 kv m-dir. Otaqların tavanında olan işləmələr tarixə əsaslanır, hər biri orijinaldır. Sözügedən 4 otaqlı mənzilin 2 sanitar qovşağı var və 2 mənzilin birləşməsidir.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər