Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib.
BUTA.TV xəbər verir ki, Azərbaycan, ABŞ, Türkiyə, Kanada və Rusiyadan İdarə Heyəti üzvləri və təmsilçilərin qatıldığı toplantıda təşkilatın fəaliyyəti, qurultaya hazırlıq işləri müzakirə olunub, qurumun fəaliyyətinin yeni dövrün tələblərinə uyğun daha da güclənməsi və genişlənməsi üçün təkliflər verilib.
DAK sədri Sabir Rüstəmxanlı təşkilatın diaspor işlərində, milli məsələlərdə rolunu vurğulayaraq dünyada Azərbaycanla bağlı məsələlərə çevik reaksiyanın vacibliyini bildirib.
Millət vəkili xüsusilə Ermənistanla sülh sazişinin müzakirə olunduğu dövrdə imzalanma prosesində bəzi Qərb ölkələrinin Azərbaycan əleyhinə apardıqları qərəzli siyasətə diqqət yetirərək DAK təmsilçilərinin bu prosesə qarşı fəallığının vacibliyini qeyd edib.
Toplantıda həmçinin Yaxın və Orta Şərqdə yaranmış gərginlik, İran-İsrail münaqişəsinin hərbi müstəviyə keçməsindən ciddi narahatlıq ifadə olunub. DAK İdarə Heyəti münaqişələrin güc yolu ilə həllinin əleyhinə olduğunu bildirərək, Güney Azərbaycanda yaşayan soydaşlarımızın taleyindən narahatlığını ifadə edib.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər