Aprelin 12-də Ermənistanın Mehri rayonunda dərəyə aşan avtomobildə yaralanan 20 əsgərdən biri 19 yaşlı Hovsep Ambardsumyanın anası Angela Şegikyan hadisə ilə bağlı detalları açıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, o, qəzaya düşən “Ural” markalı maşını övladının sürdüyünü bildirib.
Şegikyan həmin hərbi maşının istifadəyə yararsız olduğunu deyib:
“Maşın 5 ildir xarab imiş, əyləci tutmurmuş. Hətta maşında sərçə yuvası tapıblar, yəni o qədər köhnə və yararsız maşın imiş. Həmin avtomobilə 16 nəfərdən artıq insan yerləşməz, halbuki maşında 30 nəfər olub. Oğlum dedi ki, maşının mühərriki çətinliklə işə düşüb. Qəza da maşındakı texniki nazaslıq səbəbindən baş verib”.
Xatırladaq ki, aprelin 12-si saat 15:25 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil naməlum şəraitdə yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində 4 erməni hərbçisi ölüb, 20-si yaralanıb.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər