Qafqazda təhlükəsizlik və ya istənilən qeyri-müəyyənlik bütün regionun təhlükəsizliyinə təsir edir.
BUTA.TV xəbər verir ki, bu sözləri İran XİN-in sözçüsü Nasir Kənani NATO-nun İranın şimal sərhədlərindəki hərəkətləri ilə bağlı danışarkən deyib.
“Cənubi Qafqazda təhlükəsizlik İranın ən mühüm prioritetlərindən biridir. Xarici qüvvələrin mövcudluğu sülh və təhlükəsizliyə kömək etməyəcək və militarizmi gücləndirməyə yönəlmiş istənilən yanaşma regionda təhlükəsizlik vəziyyətini çətinləşdirəcək və sülh prosesinə zərər verəcək. İran belə bir yanaşmanı qəbul etmir”, - o bildirib.
Qeyd edək ki, Azərbaycana qarşı saxta bəhanələrlə sərt ifadələr işlədib, sərhədimizə ordu toplayan və iki dəfə ardıcıl sərhədimiz önündə təlim keçən İran şimal sərhədinə faktiki olaraq NATO qüvvələri soxan Ermənistana birbaşa söz deməyə cəsarət etmir, Tehranın bütün prinsiplərini və qırmızı xətlərini elədən-elə, belədən-belə kotanlayan İrəvana yalnız “sülhə zərər verəcək” kimi ümumi “xəbərdarlığını” çatdırır. Əksinə, Fransa başda olmaqla, Avropa ölkələri ilə Ermənistanda Azərbaycana qarşı birgə çalışır.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər