Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev aprelin 22-də bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin vacibliyini müzakirə ediblər. Yüksək səviyyəli səfərlərin müsbət dinamikası qeyd olunub.
Müdafiə naziri Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.
Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Beynəlxalq təlimlərdə birgə iştiraka və hərbi təhsil sahəsində əməkdaşlığa diqqət yetirilib.
Görüşdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik Fuad İbrahimov da iştirak edib.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər