Mayın 4-də xaricdə mühacirətdə yaşayan güney azərbaycanlı ziyalı, jurnalist, yazıçı, siyasi fəal və insan haqları müdafiəçilərinin iştirakı ilə "Azərbaycan və stabil demokratiyanın formalaşması prosesi" adlı onlayn konfrans keçiriləcək.
Bu barədə BUTA.TV-a konfrans təşkilatçıları məlumat verib.
Konfransda tanınmış şəxslər, o cümlədən əslən Həmədandan olan 2003-cü ilin Nobel Sülh mükafatı laureatı, hüquq müdafiəçisi Şirin İbadi çıxış edəcək.
Həmçinin, Fransada yaşayan tədqiqatçı Ziya Sədrüləşrafi, İsveçdə olan jurnalist və yazıçı Əlirza Ərdəbili, siyasi fəal Yunis Şamili, Məhəmmədhüseyn Yəhyayi, Fransada yaşayan hüquq müdafiəçisi Jalə Təbrizi, Almaniyadan olan siyasətçi Həsən Şəriətmədari və başqaları qeyd olunan mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.
Qeyd edək ki, bu, müxtəlif siyasi düşüncələrə və cərəyanlara bağlı olan Güney Azərbaycan əsilli nüfuzlu şəxslərin bu qəbildən olan ilk konfransıdır.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər