Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya ilə bağlı çıxışına münasibət bildirərkən deyib.
“Biz Rusiyanın “işğal etməsi”, eləcə də “Ermənistanın Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməsi” kimi bəyanatları Kiyevdəki neonasist rejimi ilə birbaşa həmrəylik kimi qiymətləndiririk. Belə çıxır ki, Simonyan artıq bizim suverenliyimizi şübhə altına alır, Rusiyanın yeni subyektlərinin sakinlərinin referendumlar zamanı aydın şəkildə ifadə olunan Vətənə qovuşmaq iradəsinə məhəl qoymur. Simonyanın sözləri ittifaqımızın hüquqi əsaslarını dərhal silmək cəhdidir”, - Karasin bildirib.
Onun sözlərinə görə, aprelin 5-də Brüssel görüşünün nəticələri göstərdi ki, bu, Ermənistanı Rusiyadan qoparıb kənardan nəzarət altına almaq üçün Qərb tərəfindən tətbiq edilib:
“Bu görüş İrəvanın öz eqoist məqsədlərini güdən regiondankənar dövlətləri Cənubi Qafqaza cəlb etməsindən narazı olan İran, Azərbaycan və Türkiyə tərəfindən də mənfi qiymətləndirilib. Təəssüf ki, İrəvanda ayrı-ayrı fiqurlar kollektiv Qərbin son vədlərini öz qiymətləri ilə qəbul edirlər. Başa düşmürlər ki, öz əlləri ilə regionda sülhə, sabitliyə xələl gətirir, öz ölkələrinin suverenliyini, müstəqilliyini satırlar. Simonyanın açıqlamasına gəlincə, aydın olmalıdır ki, biz ayrı-ayrı siyasətçilərin qardaş ölkəmizi necə fəlakətli sonluğa aparmasına laqeyd baxa bilmərik”.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Ukrayna münaqişə ilə bağlı çıxışında “işğal” terminindən istifadə etmiş və İrəvanın bu ölkənin, o cümlədən Moldova, Gürcüstan və Kiprin ərazi bütövlüyünü müdafiə etdiyini bildirmişdi.
- Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı
- Azərbaycan İsraildə bu layihəyə 270 milyon yatıra bilər
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...