Ukraynanın İrpen şəhər meri Oleksandr Markuşin göstərdiyi humanitar dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə mer əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü günü ilə bağlı İrpen şəhərində keçirilən “Azərbaycan Günü” tədbirində deyib.
“İrpendə “Azərbaycan Günü”nün keçirilməsi təsadüfi deyil. Çünki bu şəhərdə Azərbaycana aid çox izlər var. İrpen azərbaycanlıların doğma şəhərinə çevrilib. Bu əlaqələr getdikcə güclənəcək.
Bu ağır günlərdə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Azərbaycan bir daha Ukraynanın dostu olduğunu göstərdi”, - deyə mer əlavə edib.
- Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
- Maduronun saxlanılandan sonra ilk - Fotosu
- ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili
- Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
- Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi