Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb.
Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.
BUTA.TV xəbər verir ki, hadisə nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.
Baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır.
- Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
- Maduronun saxlanılandan sonra ilk - Fotosu
- ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili
- Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
- Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi