İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana səfər edəcək.
BUTA.TV xəbər verir ki, o, mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq.
“Mən bu həftə keçiriləcək regional sammitdə iştirak etmək üçün tezliklə Azərbaycan Respublikasının paytaxtı Bakıya səfər edəcəyəm”, - nazir bildirib.
Məhəmməd Mehdi İsmaili səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə müxtəlif görüşlər keçirməklə yanaşı, qarşılıqlı mədəni əlaqə və əməkdaşlıq səviyyəsini artırmağa çalışacaqlarını da söyləyib.
- Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
- Maduronun saxlanılandan sonra ilk - Fotosu
- ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili
- Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
- Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi