Kiyevin meri Vitali Kliçko müharibə başlayandan bəri Ukrayna Prezidenti Vladimir Zelenski ilə şəxsən görüşə bilməməsindən şikayətlənib.
BUTA.TV xəbər verir ki, o, bu barədə “Funke” media qrupuna müsahibəsində deyib.
Kliçko münaqişə kontekstində Ukraynanın aparıcı siyasətçiləri arasında birliyin olmamasını vurğulayıb. Zelenski ilə münasibətlərindən və aralarındakı gərginliyi həll etmək cəhdlərindən danışan Kiyev meri döyüş əməliyyatları başlayandan bəri onunla dəfələrlə görüşməyə çalışdığını deyib:
“Çünki çox şey ölkənin paytaxtından asılıdır. Amma təəssüf ki, Zelenski ilə şəxsən görüşmək imkanım olmadı. Görünür, prezidentin başqa işləri var”.
Mer indiki şəraitdə siyasi ambisiyaları unutmağın vacib olduğu bildirib.
O qeyd edib ki, Ukrayna hökuməti ölkədə tüğyan edən korrupsiya ilə mübarizə üçün çox az iş görür.
- Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
- Maduronun saxlanılandan sonra ilk - Fotosu
- ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili
- Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
- Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi