Rusiya lideri Vladimir Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməsi Qərbə Kiyevə indiki dəstəkdən olduqca baha başa gələcək.
BUTA.TV xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib.
O, həmçinin Qərb liderlərini dürüst olmağa və silahların çatdırılmasında gecikmələrin real nəticələrə səbəb olduğunu başa düşməyə çağırıb:
“Bu, ölüm-dirim məsələsidir. Bu müharibə nəzəri bir şey deyil, o, 7/24 davam edir və biz lazım olduğu kimi çatdırmasaq, bunun əvəzini ukraynalılar ödəyəcək".
O, etiraf edib ki, Ukraynanın qələbəsini təmin etməyin bədəli və müəyyən risklər var:
"Ancaq ən böyük risk Prezident Putinin qalib gəlməsidir. Əgər Putin qalib gəlsə, o zaman ən böyük bədəl ödəyəcəyik. Çünki o zaman biz - NATO müttəfiqləri təhlükəsizliyimizə sərmayə qoymalı olacağıq və həddən artıq böyük məbləğdə puldan danışacağıq. Ona görə də Ukraynaya dəstək öz təhlükəsizliyimizi təmin etməyin ən yaxşı yoludur”.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan