Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib.
Kult.az Olay.az-a istinadən xəbər verir ki, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş.
Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən Mədəniyyət Evində solist kimi fəaliyyət göstərib. 1969-cü ildə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun 2 yaşı olanda o, həyat yoldaşından boşanıb.
Rəhimi "Qubanın ağ alması", "Gəlmə, gəlmə" kimi mahnılarıyla məşhur olub.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan