Kollektiv Qərbin sanksiyaların dünya ictimaiyyətini Rusiya Prezidenti Vladimir Putindən üz döndərməyə məcbur edəcəyinə dair ümidləri tamamilə əsassızdır.
BUTA.TV xəbər verir ki, bunu Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson “Dialogue Works” kanalında açıqlamasında bildirib.
O xatırladıb ki, 2022-ci ilin əvvəlində Qərb ekspertləri Rusiya iqtisadiyyatının məhdudiyyətlər boyunduruğu altında çökəcəyini, ölkənin daş dövrünə qayıdacağını, dövlətin onlarla kiçik ölkəyə çevriləcəyini proqnozlaşdırırdılar. Hətta ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və digər ölkələrin bütün aparıcı qəzetlərində Rusiya Federasiyasının mümkün süqutu ilə bağlı nəşrlər müntəzəm olaraq dərc olunurdu.
“Putin güclənir, Putin daha da populyarlaşır. Putinin populyarlığı Makron, Trudo, Bayden və Şoltsun cəmindən daha yüksəkdir”, - Conson vurğulayıb.
Onun fikrincə, Qərbin bu faktı anlamaması və qəbul etməməsi ABŞ və Avropanın reallıqdan tamamilə uzaqlaşdığını göstərir.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan