Almaniyada yəhudilərə və sinaqoqlara qarşı silsilə hücumların təşkilinə başçılıq edən, SEPAH-a bağlı Ramin Yektapərəst Tehranda zərərsizləşdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Bildirilib ki, Almaniyada axtarışda olan və silsilə cinayətlərdə günahlandırıldığı üçün İrana qaçan Yektapərəst MOSSAD tərəfindən öldürülüb.
İsrail Ramin Yektapərəstin öldürülməsi ilə bağlı rəsmi açıqlama verməyib.
İran mediası isə onun öldürüldüyünü təsdiqləyib, ancaq əməliyyatın MOSSAD tərəfindən həyata keçirildiyi barədə məlumat yazmayıb.
35 yaşlı Ramin Yektapərəst Almaniyada anadan olub, müxtəlif vaxtlarda bir neçə mütəşəkkil cinayətdə, qətldə iştirak edib. Bir neçə dəfə saxlanılan Yektapərəst cinayətlərinin sübutu üçün yetərli faktlar olmadığına görə sərbəst buraxılıb. Araşdırmalar nəticəsində onun cinayət əməllərini sübut edəcək faktlar aşkarlandıqdan sonra o, İrana qaçıb və oradan etdiyi çıxışlarında Almaniya polisini “bacarıqsız” adlandırıb, təhqir edib.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan