Ermənistanda işğal siyasətini davam etdirməyə çağırış edənlərdən biri – “Demokratik birlik” adlı partiyanın sədri Suren Petrosyan əlində tutduğu Ermənistan “xəritəsi”nin maketi ilə poz verib.
BUTA.TV xəbər verir ki, bu maketlə Nikol Paşinyanın Ermənistan ərazisini əks etdirən maketinə “meydan oxuyan” Petrosyan Azərbaycana ərazi iddiası ilə iştişaşlara başlayacağını anons edib.
O, “mübarizənin son mərhələyə qədəm qoyduqca, bu dağıdıcı dövrü qırmaq üçün tarixi fürsətləri olduğu” kimi cəfəngiyyat səsləndirib:
“Biz hamımız ruhən güclü olmalıyıq və bu mübarizəni qalibiyyətlə sona çatdırmalıyıq. Bu kart artıq qırmızıya çevrilməyəcək. Mübarizə davam edir”.
Qeyd edək ki, Petrosyan sərhədlərin delimitasiyasına qarşı mübarizə aparır və təxribata açıq çağırışlar edir.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan