Rusiya çətin ki, NATO üzvlərinə birbaşa hücum etsin, lakin hibrid hücumları, xüsusən də siqnallara və seçkilərə müdaxiləni davam etdirə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Finlandiya Silahlı Qüvvələrinin yeni komandanı Yanne Yaakola deyib.
“NATO-ya hücum zamanı kollektiv özünümüdafiəni nəzərdə tutan 5-ci maddəsinin sınaqdan keçirilməsi həmişə mümkündür, lakin əgər biz düzgün tədbirlər görsək və birliyi qorusaq, hesab edirəm ki, hücum ehtimalı azdır”, - deyə Yaakola bildirib.
Generalın sözlərinə görə, Moskva Ukraynaya yay hücumuna hazırlığa görə çox məşğuldur, buna görə də NATO-ya hücum barədə düşünmür:
“Ruslar üçün əsas odur ki, Avropada mümkün qədər çox parçalanma yaransın və bizim birliyimiz bir az zəifləsin".
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan