Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov övladlarının illər əvvəl Nyu Yorkda 2 bahalı mənzil alması ilə bağlı xəbərlərə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, sabiq nazir Modern.az-a geniş müsahibəsində yayılan məlumatları təkzib edib.
“Onu deyən şəxslər bilmir ki, Amerika bank sistemi necə işləyir. Hansı bankla əməliyyat etmişəm, yazışmaların hamısı var. Evdə bununla bağlı beş kiloqrama yaxın sənəd var, hamısını saxlayıram. Ona görə də mən rahatam. Bu, mənə qarşı kampaniya idi, özü də bilirəm ki, bunun arxasında kim dayanırdı. Amma bu böhtanların heç biri mənə dəymir, mən elə şeylərə fikir vermirəm. Mənim yazıq gəlinimi erməni eləmişdilər. Atası italyan, anası irlandiyalı, özü amerkandı. Başa düşmürdü, deyirdi ki, mənim üstümə niyə düşüblər?” - o bildirib.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan