Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İrana səfər edib.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Kərəm Mustafayev səfər çərçivəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Əziz Nəsirzadə ilə görüşüb.
O, ikitərəfli hərbi əlaqələrdən, eyni zamanda ötən ilin sentyabrında ölkəmizdə keçirilən iki ölkənin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclasının əhəmiyyətindən danışıb.
Görüşdə tərəfləri maraqlandıran məsələlərlə bağlı davamlı məsləhətləşmələrin aparılmasının zəruriliyi vurğulanıb.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan