Rusiya hakimiyyəti Asiyaya xammal ixracını artırmaq üçün irimiqyaslı dəmir yolu meqalayihəsinə başlayır.
BUTA.TV xəbər verir ki, Rusiya hökumətin mətbuat xidmətinin məlumatına görə, baş nazir Mixail Mişustin BAM (Baykal-Amur magistralı) və Trans-Sibir Dəmir Yollarının - yüklərin Uzaq Şərq limanlarına göndərildiyi əsas dəmir yolu arteriyalarının modernləşdirilməsinin üçüncü mərhələsinin başlanması haqqında sərəncam imzalayıb.
Bildirilib ki, 2035-ci ilə qədər davam edəcək tikintinin dəyəri 3,7 trilyon rubl və ya hazırkı məzənnə ilə təxminən 40 milyard dollar qiymətləndirilir. Layihə prezident Vladimir Putinin tapşırığı ilə həyata keçirilir.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan