Bakının əmlak bazarında birotaqlı mənzillərə tələbat artıb.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, köhnə və yeni tikililərdəki birotaqlı mənzillərin qiymətində artım müşahidə olunur.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda paytaxt ərazisində otaq sayı çox olan mənzillər üçün qiymətlər əlçatan olmadığına görə birotaqlı evlərə tələbat artıb. Buna görə də qiymətlər əvvəlki illərlə müqayisədə dəyişib.
Onun sözlərinə görə, birotaqlı mənzillərin qiyməti ipoteka kreditləri verilməyə başlayandan sonra bir qədər də yüksəlib.
"Köhnə tikili binalarda mənzillərin qiymətinə nəzər salsaq, ipoteka predmetinə çevrilə bilən doqquzmərtəbəli binalarda birotaqlı mənzillərin satış qiymətləri ərazisindən asılı olaraq 85 min manatdan başlayaraq ortalama 120-125 min manat arası dəyişir", - ekspert qeyd edib.
Ekspert onu da əlavə edib ki, gələcəkdə qiymətlərin enəcəyi proqnozlaşdırılmır.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan