Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, Yeni yaşayış massivi adlanan ərazidə mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 800kv.m. olan ikimərtəbəli tikinti materialları mağazasının ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində tikinti materialları mağazasının ərazisində sahəsi 100kv.m. olan anbarın yanar konstruksiyaları və içərisində olan tikinti malları 100kv.m. sahədə yanıb.
Mağaza, mağazanın qarşısına yığılmış tikinti malları və bitişik tikilmiş ümumi sahəsi 100kv.m. olan avtomobil ehtiyat hissələrinın satışı mağazası yanğından mühafizə olunub.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan