Səhiyyə Nazirliyi "Sefa Medical Group"da nöqsanlar aşkarlayıb.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazirliyin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl klinikada yoxlama aparılıb.
Yoxlama zamanı sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulduğu, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxıldığı aşkarlanıb.
Buna görə də klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib olunub.
Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Protokol hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin baxış iclası mayın 14-nə təyin edilib.
Əgər məhkəmə iddianı təmin edərsə, "Sefa Medical Group"u 8 000 manatadək cərimə gözləyir.
Klinikanın barəsində protokol tərtib olunan maddədə deyilir ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan