Prezident Vladimir Putinin tapşırığına əsasən, Rusiya Baş Qərargahı aviasiya və dəniz qüvvələrinin iştirakı ilə Cənub Hərbi Dairəsinin raket birləşmələrinin təlimlərinə hazırlığa başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirlyi məlumat yayıb.
Bildirilib ki, təlim zamanı qeyri-strateji nüvə silahlarının hazırlığı və istifadəsi üzrə bir sıra tədbirlər həyata keçiriləcək.
“Təlimlər ayrı-ayrı şəxslərin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq bölmələrin şəxsi heyətinin və texnikasının qeyri-strateji nüvə silahlarından döyüş istifadəsinə hazırlığını saxlamaq, cavab tədbirləri görmək və Rusiya dövlətinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz təmin etmək məqsədi daşıyır”, - Rusiya MN vurğulayıb.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan