Fransanın xarici legionunun əsgərlərinin Ukraynada döyüşdüyünü iddia edən video yayılıb.
BUTA.TV xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə üzərində Fransa bayrağı olan əsgərlərin döyüş meydanında öldüyü əksini tapıb.
Bununla da ruslar iddia ediblər ki, Ukraynada doğrudan da Fransa əsgərləri döyüşür.
Qeyd edək ki, bir müddət öncə Ukrayna xarici legionunun əsgərlərinin Slavyanska Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş 54-cü briqadasına dəstək məqsədilə yerləşdirildiyi haqda məlumat yayılmışdı.
Ruslar iddia edir ki, Ukraynada fransızlardan ibarət yeni legion döyüşür. Makron isə hələ ki, bunu inkar edir. Fransa Xarici İşlər Nazirliyi isə məlumatı təkzib edib.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan