Putin və Paşinyan bu gün Moskvada danışıqlar aparacaq. Paşinyan dünən keçirdiyi mətbuat konfransında İrəvanla Moskva arasında problemlər olduğunu bildirib. O, yenə də Rusiyaya ünvanlanan bir sıra xoşagəlməz bəyanatlar verib.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Razuvayev Ermənistan Baş naziri Paşinyanın Moskvaya səfərini şərh edərkən deyib.
“Putin və Paşinyan hansı taktikanı quracaq? Paşinyan sözünün üstündə durmadığını dəfələrlə göstərib və göstərir. Fikrimcə, bu, Rusiya üçün getdikcə prinsipsizləşir. Moskva İrəvanın bu mövqeyinə, bəlkə də qeyri-ictimai şəkildə reaksiya verəcək”, - o bildirib.
Razuvayevin sözlərinə görə, Ermənistan çoxdan Rusiya üçün “qulpsuz çamadana” çevrilib:
“Azərbaycan, məsələn, real, şəffaf, konstruktiv tərəfdaş olduğunu nümayiş etdirdi. Və bu gün çoxqütblü dünyanın qurulmasında iştirak etmək istəyir, heç kimin xoşuna gəlməyə çalışmır. Sadəcə olaraq, onlar öz milli maraqlarına əsaslanaraq, tərəfdaşlarla bərabər şərtlərdə münasibətlər qurmağa çalışırlar ki, onların maraqlarına hörmət edilsin. Əliyev müdrik dövlət başçısıdır, ona görə də təsdiqlədi ki, Rusiya ilə Azərbaycanın münasibətləri onun prioritetləri sırasındadır”.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan