Səltənət Bağırovaya I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparıldığı və bu prosesə məktəbin heç bir müdaxiləsinin olmadığı dəfələrlə izah olunsa da, təəssüflər olsun ki, o yenə də eyni müraciətlərə davam edir.
Bu sözləri 271 nömrəli məktəbdən müəllim Səltənət Bağırovanın şikayəti ilə bağlı BUTA.TV-a bildirilib.
“2021-2022-ci tədris ilində 271 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səltənət Bağırovanın sinfində şagird sayı 12 nəfərə endiyi üçün həmin sinif bağlanıb. 29 avqust 2023-cü ildə müəllim təkrar sertifikasiyadan keçdiyinə görə 2024-2025-ci tədris ili üçün ona sinif açılmasının nəzərdə tutulduğu ilə bağlı məlumat verilib. Birinci sinfə qeydiyyat elektron sistem vasitəsilə həyata keçirildiyi və müəllim seçimi valideynlər tərəfindən aparıldığı üçün onlar daha nüfuzlu olan müəllimlərə üstünlük verirlər. S.Bağırova valideynlər tərəfindən I sinfə qeydiyyat zamanı müəllim seçimində ona üstünlük verilməyəcəyini təxmin edərək, məktəb rəhbərliyinə “mənə sinif verməlisiniz...” – deyib, hədə-qorxu gəlir və adekvat olmayan alternativ təsir vasitələrinə əl atır. Qeyd edilən iddialar əsassızdır və böhtan xarakterlidir”, - məktəbdən bildirilib.
Qeyd edək ki, müəllim Səltənət Zahid qızı Bağırova ona ibtidai sinif verilmədiyini əsas gətirərək, Sabunçu rayon 271 nömrəli məktəbin rəhbərliyini ittiham etmişdi.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan