Rusiyanın müdafiə naziri Sergey Şoyqu mayın 10-dan gec olmayaraq dəyişdiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Putin Teleqramda” Teleqram kanalı məlumat yayıb.
İnsayderlər hökumətin tərkibinin təsdiqinin mayın 8-dən mayın 10-na təxirə salınmasını məhz Müdafiə Nazirliyində kadr dəyişikliyinin hazırlanması ilə əlaqələndirirlər:
“Paradı nazir qəbul etməlidir. Razılaşın, paradı bir gün əvvəl təyin olunmuş yeni nazir aparsaydı, mümkün qədər qəribə olardı”, - məlumatda bildirilib.
Vurğulanıb ki, Şoyqunun yerinə Tula vilayətinin qubernatoru Aleksey Dyuminin gələcəyi ilə bağlı versiya hələ də aktualdır.
Bundan əvvəl hərbi müxbir Vladimir Romanov Aleksey Dyuminin Rusiyanın yeni müdafiə naziri olacağı ilə bağlı ehtimal irəli sürüb.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan