Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyədə yerli seçkiləri udmuş ana müxalifət partiyasıdır. Həm də Türkiyədə demokratik ənənələr formalaşıb. Ona görə bunu normal qəbul etmək lazımdır. Özgür Özəl də partiya sədri seçiləndən sonra iqtidara qarşı sərt ritorikadan imtina etdi, seçkilərin və siyasi mübarizənin xalqı parçalamalı olmadığını bəyan etdi. Ərdoğan da qarşılığında münasibətləri yumşaltmağın zəruriliyi barədə danışdı. Özgür Özəl Azərbaycan iqtidarına qarşı da CHP-nin əvvəlki möqeyindən imtina etdiyini ortaya qoydu. Bu baxımdan, o, Bakıya gələrsə, böyük ehtimalla İlham Əliyev tərəfindən də qəbul olunacaq və bu baş verərsə, doğru qərar olar.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev yerli mediaya geniş müsahibəsində deyib.
“Bizdə Rusiya parlamentindəki müxalifət partiyalarının sədrləri də ən yüksək səviyyədə qəbul olunub. Azərbaycanın düşünən insanı üçün başqa dövlətlərin partiya sədrlərinə fərqli münasibət nə qədər ağrılı olsa da, dövlətlərarası əlaqələr üçün çox əhəmiyyətlidir”, - o vurğulayıb.
Qeyd edək ki, Ö.Özəl partiya sədri seçiləndən sonra ilk səfərini Kuzey Kıprısa etdiyini, bunun ardınca Azərbaycana gəlmək istədiyini bildirib. Onun Azərbaycana münasibəti sələfindən ciddi şəkildə fərqlənir və CHP-nin yeni sədri Azərbaycan-Türkiyə qardaşlığına sadiqliyi ilə seçilir.
Ö.Özəl Prezident Ərdoğan və MHP sədri Dövlət Baxçalı ilə də görüş keçirib.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan