Son günlər ölkəmizdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra cənub zonasında olan lokal sürüşmə zonalarında aktivlik müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev bildirib.
O bildirib ki, yağışlardan sonra cənub zonasında Lənkəran, Astara və Lerik rayonları ərazisində 12 lokal sahədə aktiv faza müşahidə olunur:
“Yaz aylarında intensiv atmosfer çöküntülərinin baş verməsi sürüşməyə meyilli sahələrdə bu prosesin aktivləşməsinə təsir göstərir. Böyükhəcmli proseslər hələ ki baş verməyib”.
Agentliyin rəisi əlavə edib ki, Bakının ən təhlükəli saydığımız Bayıl və Badamdar yaylasında vəziyyət stabil xarakter daşıyır:
“Həmin sürüşmə yerlərində Fövqəladə Hallar Nazirliyi və digər qurumlar tərəfindən müəyyən bərkitmə tədbirləri də görülür. Lakin müəyyən qədər aktivlik Nübar, Masazır və Zığ-1 massivlərində müşahidə edilir. Ümumilikdə bəzi zonaları çıxmaq şərti ilə Azərbaycanın sürüşmə zonalarında vəziyyət nisbi stabildir.
Ölkəmizdə 99 lokal sürüşmə sahəsi var. Lakin son bir neçə ildə yeni 46 sürüşmə zonası yaranıb. Agentlik tərəfindən həmin zonalarda monitorinq aparılır, koordinatları müəyyənləşdirilir, xəritəyə əlavə edilir və monitorinq şəbəkəsinə daxil edilir".
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan