Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış massivinin birində naməlum şəxs uşaqları qorxudur.
BUTA.TV Oxu.Az-a istinadən xəbər verir ki, bu iddia ilə qorxudulan uşaqlardan birinin anası sosial şəbəkələrdə paylaşım edib.
Belə ki, orta yaşlı naməlum kişi yaşayış binasının həyətində oynayan azyaşlı oğlan uşaqlarını ətrafına toplayaraq, onların qeyri-etik hərəkətlər etmələrini tələb edib.
Valideynin sözlərinə görə, öz oğlu da daxil olmaqla əksər uşaqlar dünəndən etibarən təşviş içindədirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, görüntülərdən məlumatlıdırlar. Aidiyyəti üzrə araşdırma aparılır.
İddianı təqdim edirik:
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!