Xankəndidə seçkiyə hazırlıq prosesi artıq bir həftədir ki yekunlaşıb.
BUTA.TV xəbər verir ki, bunu Report-a 122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı məntəqəsinin sədri İmran Mirzəyev deyib.
O bildirib ki, hər şey çox yüksək səviyyədə hazırlanıb:
"Bütün təchizatlar hazır vəziyyətdədir. Seçki məntəqəmizin üzvləri də tam hazırdırlar, təlimat keçiblər. İnşallah, seçkiləri çox yüksək səviyyədə keçirəcəyik".
Məntəqə sədri qeyd edib ki, artıq bütün seçicilərə bildirişlər paylanılıb.
"Sevindirici haldır ki, ilk dəfə azad Xankəndidə səs verəcək gənclərimiz də var. Onlar ilk dəfə bu seçkidə məntəqəyə gələcəklər. Qürurluyuq, fəxr edirik ki, öz torpağımızda səs verəcəyik", - İ.Mirzəyev vurğulayıb
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!