Solçu İtaətsiz Fransa Partiyasının deputatları Emmanuel Makronun respublika prezidenti vəzifəsindən kənarlaşdırılması ilə bağlı Milli Assambleyaya (parlamentin aşağı palatası) təklif göndərəcəklər.
BUTA.TV xəbər verir ki, bu barədə partiyanın milli koordinatoru Manuel Bompard X sosial səhifəsində bildirib.
Siyasətçilər Fransa Konstitusiyasının 68-ci maddəsinə əsaslanırlar. Partiya bu qərarı Makron solçu Yeni Xalq Cəbhəsinin namizədini baş nazir təyin etməkdən imtina etdikdən sonra verib.
Bompard həmçinin bütün solçu tərəfdarlarını prezidentin qərarına etiraz olaraq yürüşə çağırıb.
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!
- Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?
- Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi
- Azərbaycan diaspor rəhbəri barəsində çıxarılan hökm ləğv edildi
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto