Rusiya qüvvələri Ukraynaya qarşı kütləvi hücumlara münasibətini bir qədər dəyişib. Əvvəlki raket hücumları gecə saatlarında olsa da, sonuncu hücum səhərə yaxın edilib.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Konstantin Krivolap deyib.
O bildirib ki, ruslar çoxlu raketdən istifadə ediblər:
"Xüsusən, X-101, "Xəncər", X-22, "Kalibr" raketləri, həmçinin çoxlu sayda "Şahid" kamikadze PUA-sı... Zərbələrin belə dəyişməsinin nəticəsi Ukrayna qüvvələrinin Rusiya aerodromlarına hücumları ola bilər. Düşmənin Tu-95MS təyyarələri hər gün Olenya və Engels aviabazaları arasında uçurdu. Biz onların cədvəlini ciddi şəkildə pozmuşuq. Bizim hərəkətlərimiz onları reyslərin sayını azaltmağa məcbur edib. "Xəncər" daşıyıcıları - MiQ-31K qırıcıları ilə də vəziyyət oxşardır. Bu gün səmada cəmi üç təyyarə var idi ki, bu da Ukraynanın Savasleykaya zərbələrinin nəticələrinin olduğunu sübut edir.
Ukrayna qüvvələri tərəfindən heç bir tədbir görülməsə, Rusiyanın Kiyevə yeni zərbəsi bir həftə ərzində baş verə bilər".
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!